Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 13:54

Serbiya Ermənistana silah satacaq


Tahir Tağızadə isə deyir ki, bu tip silahların alınması hər bir ölkənin daxili işidir

Tahir Tağızadə isə deyir ki, bu tip silahların alınması hər bir ölkənin daxili işidir

Serbiya Ermənistana tapança və avtomat satacaq. Serbiya hökuməti bu haqda sazişi təsdiq edib. Razılaşmanın dəyəri 2 milyon yarım dollardır. Silah Serbiyanın «Zastava» zavodunda buraxılacaq.


Azərbaycan Xarici İşlər Nazirliyinin idarə rəisi Tahir Tağızadə isə deyib ki, bu tip silahların alınması hər bir ölkənin daxili işidir. Çünki, Avropada Adi Silahların Yayılmaması Sazişinə zidd deyil: «Həmin sazişə tank, vertolyot və sair tipli silahlara aidir. Tapança, avtomat kimi silahların satışına isə sazişlə qadağa qoyulmur».


Amma, Tahir Tağızadə deyib ki, bununla belə Azərbaycan təcavüzkar Ermənistanın öz hərbi potensialını artırmaq planını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq niyyətindədir. Azərbaycan XİN ATƏT-dəki nümayəndəliyinə müraciət edib ki, təşkilat rəhbərliyi qarşısında məsələ qaldırılsın: «Dağlıq Qarabağ probleminin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupu bu məsələyə reaksiya verməlidir».


Günün bütün mövzuları

XS
SM
MD
LG