Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:11

İranda tələbə hərəkatının fəalı həbsxanadan buraxılıb


İranda tələbə hərəkatının fəalı Abbas Deldar azadlığa buraxılıb. O, 1999-cu ildə iğtişaşlarda iştirak etdiyinə görə 15 il həbs cəzası almışdı.

Vəkilinin bildirdiyinə görə, Deldar cəzasının yarısını çəkdikdən sonra həbsdən şərti azad olunub.


Radiomuzun əldə etdiyi məlumata əsasən, əvvəlcə Deldar ölüm hökmünə məhkum olunsa da, sonradan hökm dəyişdirilib.


1990-cı illərin sonlarında tələbə nümayişlərinin iştirakçılarının bir çoxu, o cümlədən tanınmış tələbə lideri Əhməd Batebi hələ də məhbəsdədir.


Günün bütün mövzuları

XS
SM
MD
LG