Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:02

Hüquqşünaslar Tarif Şurasını məhkəməyə verə bilmir


Hüquqşünas İntiqam Əliyev

Hüquqşünas İntiqam Əliyev

Bir sıra hüquqşünasların Tarif Şurasını məhkəməyə verməyə hazırlaşmalarına baxmayaraq, müəyyən problemlər var, yəni məhkəməyə müraciət etmək üçün qanuni əsaslar yetərli deyil. Məsələn, Tarif Şurasını məhkəməyə verməyə hazırlaşan hüquqşünaslardan biri İntiqam Əliyev deyir ki, bu il yanvarın 1-dən qüvvəyə minən «İnzibati icraat haqqında» qanuna əsasən hər bir Azərbaycan vətəndaşı onun maraqlarına toxunan qərarların qəbulu ilə bağlı məhkəməyə müraciət edə və qərarların müzakirəsində iştirak edə bilər. Bundan başqa vətəndaşın «İnformasiya Əldə etmək haqında» qanuna istinadən dövlət qurumlarından məlumat almaq hüququ var. Amma, hüquqşünas deyir ki, sadalanan hallara baxmayaraq, bir problem var. Həmin problem də ondan ibarətdir ki, Tarif Şurasının qəbul etdiyi qərarla bağlı mübahisələr yarandığı halda Azərbaycanda məhkəmənin istinad edə biləcəyi inzibati prosessual məcəllə yoxdur. Həmin məcəllə olmadan «İnzibati icraat haqqında» qanunun icrası mexanizmi mümkün deyil.


Belə olan halda hüquqşünasların Tarif Şurasını məhkəməyə verməklə nəyə nail olacaqları sualı meydana çıxır. İntiqam Əliyev deyir ki, onlar bütün hallarda məhkəməyə müraciət etməkdə əsaslıdırlar.


Əslində məhkəməyə müraciət etməyə hazırlaşanlar bu işin Azərbaycanda müsbət sonluqla bitəcəyinə də inanmırlar. Hüquqşünas İntiqam Əliyev deyir ki, «İnzibati icraat haqqında» qanunun icrasını dayandıran hüquqi akt yoxdur.

«Azərenerji»dən indiki qiymət artımının da hələ kifayət qədər olmadığı bildirilir. Növbəti qiymət artımının bu il də olmasa gələn il qaçılmaz olduğu bildirilir
Buna görə də, Azərbaycan məhkəməsində verilən cavabdan sonra hüquqşünaslar Avropa Məhkəməsinə müraciət etmək fikirndədirlər.


«İnzibati icraat haqqında» qanunun müəllifi Milli Məclisin İnzibati və Hərbi Qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov deyir ki, bəzi məsələlər hələ hazır olmadığından müvəqqəti olaraq həmin qanunun qüvvəyə minmə müddəti təxirə salınıb.


Cənab Kərimov deyir ki, o hazırda prosessual məcəllə üzərində işləyir və məcəllənin parlamentin yaz sessiyasının gündəliyində müzakirəyə çıxarılması gözlənilir.


İctimai qurumların, siyasi partiyaların məhkəməyə müraciət etmək hüququnun olduğunu deyən Səyyad Kərimova görə, konkret olaraq Tarif Şurasının qərarından müraciətinə gəlincə, indi bu mümkün deyil. Avropa Məhkəməsinə müraciətə gəlincə, Səyyad Kərimov deyir ki, Azərbaycanda bütün məhkəmə instansiyalarını keçəndən sonra belə bir müraciət mümkündür.


Vətəndaşların işıq pulu və ya qaz pulunu verməmək barədə dediklərinə gəlincə, belə bir addımı atmaq bir qədər məsuliyyətli məsələdir. Hüquqşünas İntiqam Əliyev deyir ki, kommunal xərcləri ödəməyən adamları həbs etmək qanunla qadağandır, yalnız mülki iddia ilə əmlakına həbs qoymaqla həmin vəsaitin ödənilməsi həyata keçirilə bilər.


Bu qiymət artımının əsaslandırılmadığını təkcə hüquqşünaslar iddia etmirlər hökumətin özündə də bu qərarın əsaslandırılmadığı bildirənlər var. Məsələn, Nazirlər Kabinetinin şöbə müdiri Oqtay Haqverdiyev «APA»ya müsahibəsində bu qiymət artımının iqtisadi əsaslarının olmadığını bildirib.


İqtisadi İnkişaf Nazirliyindən isə bildirilər ki, Tarif Şurasından qiymətlərin qaldırılmasını ayrı-ayrı təşkilatlar istəyib və Şura da bunu nəzərə alıb müvafiq qərar qəbul edib. Tarif Şurasına elektrik enerjisinin qiymətinin qalxmasıyla bağlı müraciət edən «Azərenerji»dən indiki qiymət artımının da hələ kifayət qədər olmadığı bildirilir. Növbəti qiymət artımının bu il də olmasa gələn il qaçılmaz olduğu bildirilir. Cəmiyyətin vitse-prezidenti Marlen Əsgərov deyir ki, onlar enerjini baha qiymətə alıb ucuz satırdılar. Bundan da xeyli itkilər olur. Cəmiyyətdəki narazılıqlara gəlincə, cənab Əsgərov deyir ki, bu narazılığın əsası yoxdur. Onun sözlərinə görə, ərzaq məhsulları bahalaşır narazılıq yoxdur, amma elektrik enerjisinin qiyməti qalxanda bundan narazılıq etmək düzgün deyil.


Günün bütün mövzuları

XS
SM
MD
LG