AHİK təqaüdlərin baza hissəsinin, minimum əməkhaqqının, yaşayış minimumunun və eləcə də digər maaşların artırılmasını tələb edir. Cənab Əliyev bildirir ki, minimum əməkhaqqı, təqaüdlər və digər maaşlar da ötən ilki qiymətlərlə hesablanıb deyə, onlara yenidən baxılmasına zərurət var.
Hökumətlə danışıqlar başa çatmadığından nəticə haqda yanvarın 11-də məlumat veriləcəyi bildirilir.