Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:15

Əhali hələ də alış-verişi köhnə manatla aparır


«Hələ bir müddət yeni manatın adı köhnə manata verilən adlarla çağırılacaq»
«Hələ bir müddət yeni manatın adı köhnə manata verilən adlarla çağırılacaq»
Hansı mağazaya, dükana girsən, alıcıyla satıcının qiymət sövdələşməsinin köhnə manatla aparıldığını eşidərsən. Köhnə manat təzə ilin ilk günündən dövriyyədən çıxsa və pul vahidi yalnız yeni manat olsa da, əhali hələ də alış-verişini köhnə manatla, daha doğrusu, köhnə manata verdiyi jarqon adlarla aparır.

Gülnarə də yeni manata hələ alışa bilmədiklərini söyləyir: «Mağazalarda deyirəm ki, köhnə pula çevir, ya da özüm tez beynimdə köhnəyə çevirirəm ki, malın dəyərini bilim, yeni manatla ucuz görünür, amma köhnəyə çevirəndə əsl qiyməti anlaya bilirsən».


Satıcılar da yeni və köhnə manatın arasında qalıblar, bəzən alış-verişə gələnlər çox olanda malın yeni manatla qiymətini köhnəyə çevirmək çətinlik yaradır:


- Ona görə də hələlik köhnə qiymətləri də götürməmişik. Çox vaxt da elə malı köhnə qiymətlə deyirik. Camaat alışa bilmir.


Əksər alıcılar da alış-verişi əvvəldən köhnə manata verdiyi adlarla aparmağı daha rahat sayırlar.


Psixoloq Azər Qaraçənlinin fikrincə, adətən yeniliyə vərdiş etmək çətin olur, ona görə də yeni manata alışmaq bir az uzun çəkə bilər. Onun fikrincə, pul çevik hesablama tələb etdiyindən alıcılar da aldıqları malın dəyər miqyasını anlamaq üçün köhnə manatla hesablamağa meyllənirlər: «Gərək sən bazarda nə xərclədin, nə aldın, dəyər miqyasını anlayasan, yeni pulla bunu anlamaq çətindir, buna görə də çoxdan alışdıqları pul anlamına üstünlük verirlər».


Ancaq son denominasiyanın da yeni manata alışmağa çətinlik yaratdığı qənaətinə gələn Azər Qaraçənlinin fikrincə, köhnə pul vahidiylə yeni pul arasındakı fərqin on, yüz, min dəfə deyil, beş min dəfə olması alış-veriş edənlər üçün köhnə pulun yeni pula çevrilməsi əməliyyatını mürəkkəbləşdirir. Psixoloq hesab edir ki, hələ bir müddət yeni manatın adı köhnə manata verilən adlarla çağırılacaq.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG