Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:37

«www.susmayaq.biz» və «www.tinsohbeti.com» saytlarına giriş qapanıb


Provayderlər saytlara girişin qarşısını almadıqlarını bildiriblər
Provayderlər saytlara girişin qarşısını almadıqlarını bildiriblər
Avropadan idarə olunan «www.susmayaq.biz» və «www.tinsohbeti.com» saytlarına Azərbaycan məkanında daxil olmaq mümkün deyil. Saytın yaradıcıları bunu onların qiymət artımına etirazları ilə izah edir və hakimiyyətin «virtual repressiya»ya başladığını iddia edirlər.

«www.susmayaq.biz» saytı Tarif Şurasının qiymət artımından sonra ölkə başçısı İlham Əliyevə müraciət üçün imza toplama kampaniyasına başlamışdı. Onun rəhbəri Bəxtiyar Hacıyevin elektron poçtu ilə yaydığı bəyanatda deyilir ki, saytın fəallaşdığını görən yerli internet provayderləri ora girişi bağlayıblar.


Bəxtiyar Hacıyevin sözlərinə görə, «www.susmayaq.biz»-in idarə olunduğu Hollandiyada sayta girmək mümkündür və əcnəbi şirkət bütün serverlərin normal işlədiyini bildirir. Cənab Hacıyev yerli provayderləri saytın bərpasına çağırır və bu addımı pisləyir.


Son bir ildə üçüncü dəfə bağlanan və hakimiyyətə tənqidi mövqeyi ilə seçilən «www.tinsohbeti.com» saytının rəhbəri Həbib Müntəzir də «Azadlıq» radiosuna açıqlamasında son addımın səbəbini qiymət bahalanmaları ilə bağlayıb: «Hakim dairə əhalini hakimiyyətə qarşı təşviq edə biləcəyimizdən qorxub və Azərbaycan sərhədləri daxilində fəaliyyətimizə qadağa qoyub». Həbib Müntəzir bunu azad sözə təzyiq və virtual repressiyanın başlanması kimi qiymətləndirir.


Azərbaycan İnternet Forumu adıçəkilən saytların ölkə ərazisində girişinin qapadılmasını pisləyən bəyanat verib. Bəyanatda bildirilir ki, «belə qanunsuz addımlar Azərbaycan dövlətinə başucalığı gətirmir».


Gün ərzində Azərbaycandakı provayderlərdən heç biri adıçəkilən saytlara respublika ərazisindən girişin qarşısını almadıqlarını bildiriblər. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən isə bu haqda onlarda heç bir məlumat olmadığını söyləyiblər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG