Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:04

Qroznıda Xruşova abidə qoyulacaq


Cövhər Dudayev də Qroznının rayonlarından birinə Xruşovun adını vermək istəyirdi
Cövhər Dudayev də Qroznının rayonlarından birinə Xruşovun adını vermək istəyirdi
Çeçenistan hökumətinin SSRİ-nin Baş katibi Nikita Xruşova abidə ucaltmaq barədə qərarından sonra Qroznı şəhər meriyası nəzdindəki Müsabiqə Komissiyasına dörd layihə daxil olub. Çeçenistan rəhbərliyinin qərarına əsasən, sabiq katibə abidə Çeçenistan paytaxtının mərkəzi küçələrinin birində ucaldılacaq. Həmçinin, Qroznı küçələrindən və məktəblərindən biri onun adını daşıyacaq.

Qroznıda Xruşova abidə ucaltmaq haqda qərar Çeçenistan hökumətinin deportasiya olunmuş çeçen və inquşların Orta Asiyadan qayıtması və milli muxtariyyətin bərpasının 50-ci ildönümünə həsr olunan təntənəli iclasında qəbul edilib.


Bu, 13 illik sürgündən sonra vaynaxların - çeçenlərin vətənlərinə qayıtmasına şərait yaradan Nikita Xruşovun abidəsini əbədiləşdirmək üçün edilən birinci cəhd deyil. Hələ 90-cı illərin əvvəllərində Çeçenistan prezidenti Cövhər Dudayev Qroznının dörd rayonlarından birinə Xruşovun adını vermək istəyirdi.


1944-45-ci illərdə Stalinin verdiyi əmrə əsasən, 700 minə yaxın çeçen və inquş Sibir və Qazaxıstana sürgün ediliblər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG