Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:01

Müsavat yanvarın 28-də mitinq keçirməyi planlaşdırır


«Müsavat» meriyanın təklif edəcəyi marşrut üzrə aksiya keçirməyə hazırdır

«Müsavat» meriyanın təklif edəcəyi marşrut üzrə aksiya keçirməyə hazırdır

Müsavat Partiyası qiymətlərin qaldırılması qərarının icrasının dayandırılması tələbilə mitinqi yanvarın 28-də keçirməyi planlaşdırır. Partiyanın icra aparatının rəhbəri Arif Hacılının verdiyi məlumata görə, aksiyanın yubanmasına səbəb bu həftə hazırlıq üçün yetərincə vaxt olmamasıdır. Gələn istirahət günləri yanvarın 20-21-i isə sovet qoşunlarının Bakıya təcavüzünün növbəti ildönümünə təsadüf edir. Ona görə də, aksiyanı iki həftə sonraya təyin etməli olublar.


Kütləvi aksiyaların keçirilməsi yönündə müxalifət partiyaları ilə aparılan məsləhətləşmələrin nəticəsi haqda danışmağın tez olduğun deyən Arif Hacılı bildirir ki, Müsavat bütün siyasi qüvvələri mitinqin təşkilində iştiraka çağırır.


Yanvarın 11-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməyi planlaşdıran Müsavat aksiyanı harada keçirəcəyi haqda qəti qərar verməyib. Ancaq, partiyadan deyirlər ki, meriyanın təklif edəcəyi marşrut üzrə də yürüş-mitinq keçirməyə hazırdırlar.


Yanvarın 8-də hökumət enerji daşıyıcıları, kommunal xərclərlə bağlı qiymətləri artırdıqdan sonra dörd müxalifət partiyasının birləşdiyi «Azadlıq» bloku və Müsavat partiyası qiymətlərin icrası qərarının dayandırılması tələbilə kütləvi aksiya keçirəcəklərini bildiriblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG