Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:39

Naxçıvanda sərnişindaşıma üzrə yeni qiymətlər elan olundu


Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti MR ərazisində fəaliyyət göstərən şəhərdaxili, rayonlararası və şəhərətrafı kəndlərə sərnişindaşıma üzrə tarif qiymətlərini müəyyən etdi. Artıq şəhərdaxili marşrutlarda gedişhaqqı 20 qəpik, Şərur-Naxçıvan 1 manat 20 qəpik, Şahbuz-Naxçıvan 80 qəpik, Ordubad-Naxçıvan 1 manat 80 qəpik, Culfa-Naxçıvan 80 qəpik, Sədərək-Naxçıvan 1 manat 80 qəpik, Nehrəm-Naxçıvan 30 qəpik, Cəhri-Naxçıvn 30 qəpik, digər kənd marşrutları hər kilometr üçün 0,024 qəpik olub. Digər qalan kəndlərə işləyən marşrut avtobuslara qoyulan qiymət isə Naxçıvan MR Avtonəqliyyat Dövlət Konsern tərəfindən təyin ediləcək.


Yanvar ayının 9-da şəhərətrafı kəndlərə xüsusilə də Cəhri və Nehrəm kəndlərinə işləyən marşrut sürücüləri sərnişinlərdən 40 qəpik tələb ediblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG