Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:50

Aclıq edən tələbələr az qala Yeni ili birlikdə bayram edəcəkdilər


Müstəqil Azərbaycan Universitetinin aclıq edən tələbələri, 14 dekabr 2006
Müstəqil Azərbaycan Universitetinin aclıq edən tələbələri, 14 dekabr 2006
«14-24»də bu dəfə mühasibat uçotunun beynəlxalq standartları üzrə pulsuz kurslar barədə danışılır. Həmçinin keçmiş Müstəqil Azərbaycan Universitetinin dekabrın 29-dək aclıq edən tələbələrinin və ümumiyyətlə, Bakıdakı ali məktəblərdə təhsil alanların Yeni ili necə qeyd etdikləri barədə məlumat verilir. Gənc Mühasiblər Birliyinin əməkdaşı Kəmaləddin Quliyev deyir ki, onlar «Mühasibatlıq üzrə tələbələr üçün yeni tədris proqramının hazırlanması və onun aprobasiyası» adlı layihə həyata keçirirlər. Bundan başqa, mühasibat uçotunun beynəlxalq standartları üzrə treninq kursları təşkil edirlər.

Təhsil hüquqlarının bərpası tələbi ilə 39 gün aclıq edən tələbələrsə az qala Yeni ili birlikdə bayram edəcəkdilər. Məhkəmənin təxirə salınması xəbəri onları bu həvəsdən salmasaydı…Keçmiş Müstəqil Azərbaycan Universitetinin aclıq edən tələbələrindən Elnur Məmmədov və Vüqar Süleymanov belə deyirlər.


XS
SM
MD
LG