Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:24

Yaşayış minimumuna yenidən baxıla bilər


Milli Məclisin Sosial Siyasət Daimi Komissiyasının sədri Hadı Rəcəbli

Milli Məclisin Sosial Siyasət Daimi Komissiyasının sədri Hadı Rəcəbli

Qiymətlərin artması ilə əlaqədar mart ayının ortalarında həm ünvanlı sosial yardıma, həm də yaşayış minimumuna yenidən baxıla bilər.


Milli Məclisin Sosial Siyasət Daimi Komissiyasının sədri Hadı Rəcəbli «Azadlıq» radiosuna bildirib ki, yaşayış minimumu rəqəminə yenidən baxılmalı, onun artımına uyğun olaraq minimum əmək haqqı və minimum pensiyalar tez bir zamanda artırılmalıdır. Komissiya sədrinin sözlərinə görə, bu hökumətin nəzərdə tutduğu tədbirlərdir: «Hökumət onsuzda il ərzində minimum əmək haqqını və minimum pensiyanı artırmağı nəzərdə tutub. Bu addımı bir az tez atmaq olar ki, aztəminatlı ailələr indiki bahalaşmadan o qədər də zərər çəkməsinlər».


Yanvarın 6-da Tarif Şurası ölkədə neft məhsullarının, elektrik enerjisinin, təbii qazın, suyun və bir sıra xidmətlərin qiymətlərinin artırıldığını elan edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG