Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:02

Gələn həftədən qəzetlərin qiyməti qaldırılacaq


İndiyədək ölkədə əksər qəzetlər iyirmi qəpiyə satılırdı
İndiyədək ölkədə əksər qəzetlər iyirmi qəpiyə satılırdı

Yanvarın 9-da gündəlik çıxan müstəqil və müxalifət qəzetlərinin redaktorları gələn həftədən qiyməti qaldırmaq haqda qərara gəliblər. «Azadlıq», «Yeni Müsavat», «Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan», «Şərq», «Ekspress», «Bizim yol» və başqa qəzetlərin təsisçi və redaktorları bir məsələdə razılığa gələ bilməyiblər. Bəzi redaktorlar qəzetin qiymətini 20 qəpikdən 30-a, digərlərisə 40 qəpiyə qaldırmağın tərəfdarıdırlar.


«Azadlıq» qəzetinin texniki redaktoru Azər Əhmədovun sözlərinə görə, redaktorlar qiyməti neçə faiz qaldırmaq və onu nə vaxtdan tətbiq etmək haqda qərarı gələn həftənin əvvəllərində verəcəklər. O, redaktorların qiymət artımına razılaşmasını belə izah edir: «Bizim qarşımızda iki yol var: Ya qiyməti artırmamaq, bu halda da qəzetin xərci borcunu ödəməyəcək və az sonra çapını dayandıracaq. Ya da oxuculardan üzr istəyərək, qiyməti artırmaqla yaranmış böhrandan çıxmaq».


Yalnız «525-ci qəzet»in redaktoru Rəşad Məcid qiymət artımının əleyhinədir.


Yanvarın 8-dən ölkədə enerjidaşıyıcıları və kommunal xərclərin qiyməti bir neçə dəfə bahalanıb. Buna görə də artıq gündəlik çıxan «Exo» və «Ayna-Zerkalo» qəzetlərinin təsisçiləri onları 10 qəpik bahalandırıblar. Həmin qəzetlər artıq 30 qəpiyə satılır.


İndiyədək ölkədə əksər qəzetlər iyirmi qəpiyə satılırdı.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG