Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:25

«Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərində sızma təhlükəsi var»


BTC-dən neft sızması ətraf mühitə ziyan vura, milyonlarla barel neftin nəqlini yubada bilər
BTC-dən neft sızması ətraf mühitə ziyan vura, milyonlarla barel neftin nəqlini yubada bilər

Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərində sızma təhlükəsi var. Bunu 45 il kəmərləri korroziyadan qorumaqla məşğul olmuş mühəndis Derek Mortimor deyir. BTC layihəsi üzrə məsləhətçi işləmiş Mortimorun sözlərinə görə, neft kəmərinin içində qüsur var. Kəmərin qaynaq yerlərinə çəkilmiş rəng qatı getdikcə çat verə, bu da korroziyaya və kəmərdən neft sızmasına gətirib çıxara bilər.


Amerikanın «Bloomberg News» xəbər agentliyinin əldə etdiyi son hesabata görə, BTC-də çatlar yaranmaqdadır ki, bu da kəmərə korroziya və sızma təhlükəsini artırır


Bu rəng qatı 2003-cü ildə, kəmərə neft vurulmamışdan da çat verib. O vaxt «Azəri», «Çıraq», «Günəşli» yataqlarındakı neft ehtiyatlarının istismarı üzrə yaradılmış konsorsiumun operatoru olan BP bu barədə səhmdarlara məlumat verməsə də, kəmərin tikintisi yubanıb və bir milyard dollarlıq əlavə vəsait tələb olunub.



BTC-dən neft sızması ətraf mühitə ziyan vurmaqla yanaşı, bir gündə milyonlarla barel neftin nəqlini yubada bilər.


BP şirkəti həmin məsələsinin həll edildiyini və 680 km-lik Cənubi Qafqaz Kəmərinin də eyni rənglə rəngləndiyini bildirib. Bu kəmərlə Azərbaycanla Gürcüstan arasında BTC boyunca təbii qaz nəql olunur.


Amerikanın «Bloomberg News» xəbər agentliyinin əldə etdiyi son hesabata görə, BTC-də çatlar yaranmaqdadır ki, bu da kəmərə korroziya və sızma təhlükəsini artırır.


Bir sıra ekspertlərin fikrincə, BP, özünüaldatma siyasətilə məşğuldur. Mütəxəssislər Alyaskada BP-nin operator olduğu neft kəmərində sızmanı misal çəkilər və bildirirlər ki, əgər o vaxt BP xəbərdarlıqları eşitsəydi, korroziyanın qarşısını ala bilərdi.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG