Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:34

«Azadlıq» bloku hakimiyyəti istefa verməyə çağırır


Əli Kərimli aksiyanın dəqiq vaxtı və yeri haqda yaxın günlərdə məlumat veriləcəyini deyir

Əli Kərimli aksiyanın dəqiq vaxtı və yeri haqda yaxın günlərdə məlumat veriləcəyini deyir

Dörd müxalifət partiyasının birləşdiyi «Azadlıq» bloku yanvarın 10-da hakimiyyəti istefa verməyə çağırıb. AXCP sədri Əli Kərimlinin qənaətincə, korrupsiyalaşmış, sosial siyasəti olmayan, xalqın taleyinə biganə hakim komandanın istefa verməkdən başqa yolu yoxdur.


Bundan başqa, blok qiymətlərin artırılmasına etiraz olaraq qərarın ləğvi və ya maaşların, təqaüdlərin artırılması tələbilə kütləvi aksiyalar keçirmək haqda da qərar verib.


Əli Kərimli deyir ki, qarşıdan sovet qoşunlarının Bakıya təcavüzünün ildönümü gəldiyi üçün aksiyanın dəqiq vaxtı və yerini müəyyənləşdirməkdə çətinlik çəkirlər. Bu haqda yaxın günlərdə dəqiq məlumat veriləcək.


Digər müxalifət partiyası Müsavat da qiymətlərin qaldırılması barədə qərarın icrasının dayandırılması tələbilə kütləvi aksiyalar keçirəcək. Partiya başqanı İsa Qəmbər yanvarın 9-da keçirdiyi mətbuat konfransında bildirib ki, bu yöndə digər müxalifət partiyaları ilə məsləhətləşmələr aparılır. Mitinqin yeri və vaxtı haqda qəti qərar olmadığını söyləyən cənab Qəmbər bu dəfə partiyanın etirazını bildirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi istənilən marşrutu qəbul edəcəklərini deyib.


YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə isə deyir ki, «Azadlıq» blokunun elə bir dayağı yoxdur ki, hakimiyyəti istefaya çağırsın: «Onların aksiyalarında müxalifət liderlərindən və beş-on nəfərdən başqa heç kim iştirak etməyəcək».


Günün bütün mövzuları

XS
SM
MD
LG