Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:07

Naxçıvanda sürücülər işə çıxmaqdan imtina edib


«NMR-də onsuz da ağır olan aqrar sektorun vəziyyəti bir az da ağırlaşacaq»
«NMR-də onsuz da ağır olan aqrar sektorun vəziyyəti bir az da ağırlaşacaq»

Naxçıvan Muxtar Respublikasında (NMR) ucqar rayon və kəndlərə işləyən bir qrup mikroavtobus sürücüsü işə çıxmaqdan imtina edib. Sürücülərin sözlərinə görə, gediş haqqı qaldırıldığından sərnişinlərin sayı 90% azalıb. Üstəlik, Bakıdan fərqli olaraq, Naxçıvandakı yanacaqdoldurma məntəqələrində benzinin 1 litri 60 qəpiyə deyil, 65-70 qəpiyə, bəzi hallarda isə 75 qəpiyə satılır.


Yerli sakinlərsə bildirirlər ki, yanacağın qiymətinin artırılması əkin-biçinlə məşğul olan sadə kəndçilərə daha pis təsir edəcək. Taxılçılıq ümumiyyətlə, inkişafdan qalacaq. Bütün ümidini torpağa bağlayan kənd adamları baha başa gələcəyi üçün artıq əkinçilikdən imtina edəcəklərini bildirirlər.


İqtisadi İnnovasiya Mərkəzinin rəhbəri, ekspert Məhəmməd Talıblı deyir ki, enerjidaşıyıcılarının qiymətlərinin qaldırılması bölgələrdə yaşayan əhalinin həyat səviyyəsinə pis təsir edəcək. Muxtar Respublikaya gəlincə isə, bu təsir özünü daha kəskin biruzə verəcək və nəticədə bölgədə miqrasiya prosesi bir az da sürətlənəcək.


Cənab Talıblının sözlərinə görə, NMR-də onsuz da ağır olan aqrar sektorun vəziyyəti bir az da ağırlaşacaq. Nəticədə isə sosial səfalət güclənəcək.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG