Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:42

Binə Ticarət Mərkəzində növbəti dəfə yanğın olub


Bir neçə il öncə sözügedən ticarət mərkəzi yanıb külə dönmüşdü
Bir neçə il öncə sözügedən ticarət mərkəzi yanıb külə dönmüşdü
Yanvarın 9-da səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanının yaxınlığında yerləşən Binə Ticarət Mərkəzində yanğın baş verib. Əzizbəyov Rayon Polis İdarəsindən «Azadlıq» radiosuna verilən məlumatda bildirilir ki, insan tələfatı və yaralı yoxdur. Yanğının böyük ərazini əhatə etmədiyi, bir neçə anbarın yandığı bildirilir. Hazırda dəyən ziyanın miqdarı müəyyənləşdirilir.

Məlumatda o da bildirilir ki, hadisə yerinə baxış keçirən Fövqəladə Hallar Nazirliyi təhqiqat aparır. Yalnız bundan sonra hadisənin səbəbləri haqda informasiya veriləcək. İlkin versiya kimi, yanğına səbəb qısaqapanmanın olduğu deyilir. Amma təhqiqat zamanı başqa versiya da, yanğının qəsdən törədilməsi də araşdırılacaq.


Bu, Binə Ticarət Mərkəzində birinci yanğın hadisəsi deyil. Bir neçə il öncə sözügedən ticarət mərkəzi yanıb külə dönmüşdü. O zaman da mərkəzin qəsdən yandırılması haqda versiyalar səslənmişdi.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG