Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:06

Orxan Pamuk yenidən türk millətçilərini tənqid etdi


Orxan Pamuk birgünlük «Radikal» qəzetinin redaktoru oldu

Orxan Pamuk birgünlük «Radikal» qəzetinin redaktoru oldu

2006-cı ilin ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orxan Pamuk Türkiyədə ən populyar intellektual nəşrlərindən hesab edilən «Radikal» qəzetinin yanvarın 7-də birgünlük redaktoru olub.

Birgünlük redaktorluğu vaxtı yazıçı ədəbiyyat yönümündə yazılar yazıb, həmin gün qəzetə gedən xəbərləri və məqalə başlıqlarını müəyyənləşdirib. Qəzetin 7 yanvar sayının əsas mövzusu türk millətçiliyinin və ölkədə söz azadlığının boğulmasının tənqid edilməsi olub. Qəzetin baş məqaləsinin sərlövhəsində 1951-ci ildə Türkiyə mətbuatında çap olunmuş yazıların birindən sitat gətirilir. Həmin məqalədə nəşr oxucularını kommunist şair Nazim Hikmətin sifətinə tüpürməyə çağırırdı. «Radikal» sözügedən məqaləyə belə şərh verib:


«Türkçə yazan böyük şair Nazim Hikmət söylədiyi fikirlərə görə bir zamanlar böyük nifrətin hədəfi olmuşdu. Onun 1951-ci ildə «Cümhuriyyət» qəzetində çap olunan şəklinin altına «bu şəkli kəs hamıya payla ki, millət doya-doya üzünə tüpürsün» yazılmışdı... Yaxın tariximiz «böyük və günahkar» yazıçılarla doludur. Türkiyənin ən böyük şairlərindən Nazim Hikmət də bunun bariz nümunəsidir... Əlbəttə, yazıçıya, sənətçiyə hörmət etmək lazım idi, amma o, da həddini bilməli idi. Təəssüf ki, Nazim ömrünün önəmli bir hissəsini həbsdə keçirdi. Sonda dözə bilmədi, Türkiyədən ayrıldı. Onun ayrılmasına müsbət yanaşanlar oldu, Nazimə dözə bilməyənlər bunu böyük sevinclə qarşıladı. Daha sonra da bu ölkədən «qaçıracaqları» başqa bir çox şəxslər kimi...»


Orxan Pamukun redaktorluğu ilə çıxan «Radikal»ın birinci səhifəsində İstanbul kilsələrində Milad bayramları ilə əlaqədar təhlükəsizlik tədbirləri, qadın siyasətçilərin problemləri və Səddam Hüseynin edamına reaksiyalar haqda məqalələr də yerləşdirilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG