Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:33

Qazaxıstan hökuməti istefa verib


Danial Əhmədov Qazaxıstan hökumətinə 2003-cü ilin iyunundan rəhbərlik edib

Danial Əhmədov Qazaxıstan hökumətinə 2003-cü ilin iyunundan rəhbərlik edib

«Azadlıq» radiosunun müxbiri xəbər verir ki, Qazaxıstan Respublikasının Nazirlər Kabinetinin qapalı iclasında baş nazir Danial Əhmədov başçılıq etdiyi hökumətin istefa verdiyini bildirib.


Günün birinci yarısında Danial Əhmədov ölkə prezidenti Nursultan Nazarbayevlə görüşüb və onların söhbəti zamanı hökumətin istefası qəti surətdə razılaşdırılıb. İnformasiya Nazirliyindəki mənbənin bildirdiyinə görə, Nazirlər Kabinetinin istefası hələ keçən ilin sonuna nəzərdə tutulmuşdu və hər hansı konkret fövqəladə səbəblərlə əlaqəli deyil.


Danial Əhmədov Qazaxıstan hökumətinə 2003-cü ilin iyunundan rəhbərlik edib. Professionalizm və ölkə iqtisadiyyatına müvəffəqiyyətlə rəhbərlik etdiyinə görə o, dəfələrlə prezident Nursultan Nazarbayevin tərifinə layiq olub.


Günün bütün mövzuları

XS
SM
MD
LG