Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:55

Azərbaycan Vəkillər Kollegiyasının sədri Ramil Səfərovla görüşəcək


Yanvarın 15-də Azərbaycan Vəkillər Kollegiyasının sədri Azər Tağıyev Macarıstana rəsmi səfər edəcək. Vəkillər Kollegiyasından “Azadlıq” radiosuna verilən məlumata görə, Azər Tağıyev səfər çərçivəsində Budapeşt məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilmiş Azərbaycan Ordusunun zabiti Ramil Səfərovla və onun müdafiəsinin səmərəli təşkili məqsədilə macar həmkarları ilə görüşəcək.


Yanvarın 20-dək davam edəcək səfər zamanı hər iki ölkənin müvafiq qurumları arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin qurulması ilə bağlı da müzakirələr aparılacaq.


XS
SM
MD
LG