Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:07

Bakı-Novorosiysk kəməri ilə neftin nəqli dayandırılıb


İlk kvartalda Bakı-Novorosiysk kəməriylə 1,1 mln. ton neft nəql etmək nəzərdə tutulurdu
İlk kvartalda Bakı-Novorosiysk kəməriylə 1,1 mln. ton neft nəql etmək nəzərdə tutulurdu
2007-ci ildən Azərbaycan neftin Bakı-Novorosiysk boru kəməri ilə nəqlini dayandırıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) verilən məlumata görə, bu kəmər vasitəsilə ötürülən neft indi Azərbaycanın yerli neft emalı zavodlarına veriləcək. Zavodların emal etdiyi mazutdan isə elektrik stansiyaları istifadə edəcək.

Əvvəllər ilk kvartalda Bakı-Novorosiysk boru kəməri ilə 1,1 mln. ton neft nəql etmək nəzərdə tutulurdu. Bununla yanaşı, ARDNŞ ayda 80 min tona yaxın neft nəql etməyi planlaşdırırdı, qalan həcmi isə beynəlxalq konsorsium nəql edəcəkdi. Lakin Rusiyanın «Qazprom» şirkəti Azərbaycan üçün qazın qiymətini min kubmetr üçün 110 dollardan 235 dollara qaldırdıqdan sonra, Bakı Rusiya qazını almaqdan imtina edib. Ortaya çıxmış qıtlığı indi Azərbaycan əvvəllər Novorosiyskə nəql etməyə düşündüyü neftdən istehsal olunan mazutla ödəmək istəyir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG