Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:15

ANS-in tezliklərinə elan olunmuş müsabiqəyə sənəd qəbulu başa çatdı


ANS TV və ANS ÇM radiosunun tezliklərinə elan olunmuş müsabiqəyə sənəd qəbulu yanvarın 5-də başa çatıb. Milli Televiziya və Radio Şurasından (MTRŞ) verilən məlumatda deyilir ki, yanvarın əvvəlləri bayram günlərinə təsadüf etsə də, sənəd qəbulunun vaxtını uzatmağa lüzum görülməyib. Şura sədri Nuşirəvan Məhərrəmli bir neçə gün öncə «Azadlıq» radiosuna açıqlamasında bildirmişdi ki, qurum bu məsələni yanvarın 8-də müzakirə edə və müsabiqəyə sənəd qəbulunun müddəti uzadıla bilər.


MTRŞ-dən verilən məlumata görə, bu müddətdə yalnız ANS şirkətlər qrupu müsabiqədə iştirak üçün sənəd təqdim edib. Müsabiqəyə fevralın 5-də yekun vurulacaq.


Ötən il noyabrın 24-də MTRŞ çoxsaylı xəbərdarlıqları nəzərə almadığına görə, ANS TV və ANS ÇM radiosunun lisenziya müddətini uzatmaqdan imtina edib. Həmin tezliklərin müsabiqəyə çıxarılması ilə bağlı qərar qəbul olunub.


Günün bütün mövzuları

XS
SM
MD
LG