Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:15

Zəvvarlar qayıdır


Həcc ziyarətini başa vurmuş azərbaycanlı zəvvarların ilk dəstəsi yanvarın 6-da Azərbaycana dönüb. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Akif Ağayevin sözlərinə görə, 30 avtobusdan ibarət birinci karvanın müəyyən hissəsi artıq Azərbaycana daxil olub. Yanvarın 8-də isə birinci karvanın tam tərkibdə ölkə ərazisinə gəlməsi gözlənir. Cənab Ağayevin sözlərinə görə, daha 30 avtobusdan ibarət ikinci karvanın yanvarın 9-da ölkəyə daxil olması nəzərdə tutulur.


Bu il həcc ziyarətini yerinə yetirmək üçün Azərbaycandan Səudiyyə Ərəbistanına 4500 zəvvar gedib. QMİ-dən verilən məlumata görə, bütün zəvvarlar sağ və salamatdırlar. Zəvvarlardan biri – Əli Əliyev isə Məkkədə yolu keçərkən avtomobil onu vurub.


XS
SM
MD
LG