Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:24

İsrail İrana nüvə zərbələri endirmək fikrində deyil


Buşehr nüvə kompleksi, 26 fevral 2006

Buşehr nüvə kompleksi, 26 fevral 2006

İsrail İran obyektlərinə nüvə zərbələri endirəcəyi haqda xəbərləri təkzib edir.

İsrailin Xarici İşlər Nazirliyi qeyd edib ki, Təl-Əviv dünya birliyinin İran problemini diplomatik vasitələrlə həll etmək səylərini tam dəstəkləyir.


Bir qədər əvvəl Britaniyanın «Sandi tayms» qəzeti İsrail hərbçilərinə istinadən xəbər verirdi ki, Təl-Əviv nisbətən zəif nüvə bombalarından istifadə etməklə Tehranın cənubundakı üç nüvə obyektinə zərbə endirməyi planlaşdırır.


Bu arada İran hökuməti bəyan edib ki, o, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı davam etdirəcək və Nüvə Silahının Yayılmaması Haqqında Müqaviləyə riayət edəcək.


Bunu yanvarın 7-də İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Məhəmməd Əli Hüsseyni deyib.


Bu yaxınlarda İran parlamenti BMT Təhlükəsizlik Şurasının qətnaməsinə cavab olaraq MAQATE ilə əməkdaşlığa yenidən baxmağa çağıran qanun layihəsi qəbul etmişdi.


İran uranın zənginləşdirilməsi istiqamətində işləri dayandırmadığına görə BMT Təhlükəsizlik Şurası ötən ilin dekabrında ona qarşı sanksiyalar tətbiq edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG