Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:49

9 ay ərzində Rusiyadan 5 min Azərbaycan vətəndaşı çıxarılıb


Yanvarın 15-dən Rusiyada qeyri-leqal miqrantlara dair yeni qanun qüvvəyə minir

Yanvarın 15-dən Rusiyada qeyri-leqal miqrantlara dair yeni qanun qüvvəyə minir

Keçən ilin 9 ayı ərzində Rusiyadan 100 mindən çox qeyri-leqal miqrant çıxarılıb.

Bunu «Exo Moskvı» radiostansiyasına Rusiya Federal Miqrasiya Xidmətinin direktoru Konstantin Romodanovski bildirib. Onun sözlərinə görə, qeyri-leqallar daha çox Özbəkistan və Tacikistan vətəndaşlarıdır - hər ölkədən 15 min. Həmçinin, Rusiyadan 5 min Gürcüstan, 5 min Azərbaycan və bir o qədər də Qırğızıstan vətəndaşı deportasiya edilib.


Yanvarın 15-dən Rusiyada qeyri-leqal miqrantlara dair yeni qanun qüvvəyə minir.


Konstantin Romodanovski deyir ki, miqrantlar hər il Rusiyadan 10 milyard dollar çıxarırlar. Rusiya «bu məbləğdən faiz almaq» istəyir, -- deyə Rusiya rəsmi bildirib.


Konstantin Romodanovski həmçinin qeyd edib ki, hazırda Rusiyada 1 milyon 150 min leqal miqrant var. 2005-ci ildə 11 milyon miqrantdan 10 milyon 200 mini qanunsuz çalışırdı.


Günün bütün mövzuları

XS
SM
MD
LG