Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:40

Demokratlar İraqda müharibənin dayanmasına tərəfdardırlar


Demokratlar hesab edir ki, İraqda müharibəni qurtarmaq vaxtıdır

Demokratlar hesab edir ki, İraqda müharibəni qurtarmaq vaxtıdır

İraqa əlavə qoşun göndərilməməlidir, əksinə, Amerika hərbçilərinin bu ölkədən mərhələli çıxarılmasına başlamaq lazımdır. Bu haqda Konqresdəki demokrat çoxluğun liderlərinin Prezident Corc Buşa ünvanladıqları məktubda deyilir.

Senatdakı çoxluğun rəhbəri Harri Rid və Nümayəndələr Palatasının spikeri Nensi Pelosi hesab edirlər ki, İraqda müharibəni qurtarmaq vaxtıdır.


Bu yaxınlarda Corc Buş İraqda Amerika qoşunlarının yeni strategiyasını açıqlamalıdır.


Yanvarın 5-də isə Corc Buş İraqdakı Amerika komandanlığında yerdəyişmələr edib. Devid Petreus İraqdakı Amerika ordusunun baş komandanı təyin edilib. O, bu vəzifədə Corc Keysini əvəz edib. İraq və Əfqanıstandakı mərkəzi komandanlığın rəhbəri Con Abizaidin yerinə isə Uilyam Fellon təyin edilib.


Bu təyinatları Senat da təsdiq etməlidir.


Günün bütün mövzuları

XS
SM
MD
LG