Avropa Birliyi Səddam Hüseynin iki yaxın tərəfdarının edamına qarşıdır.
Səddam Hüseynin ögey qardaşı Bərzan İbrahim əl-Tikriti və keçmiş İnqilab Məhkəməsinin baş hakimi Avad al-Bandarın nə vaxt edam olunacaqları hələlik bəlli deyil.
Hazırda Avropa Birliyinə sədrlik edən Almaniya xəbərdarlıq edib ki, onların edam edilməsi İraqda sünnilərlə şiələr arasında parçalanmanı daha da dərinləşdirəcək.