Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:30

Təyyarə nasazlıq üzündən Bakı aeroportuna enib


Hazırda Bakı aeroportunda təyyarədə baş verən texniki nasazlıq aradan qaldırılır

Hazırda Bakı aeroportunda təyyarədə baş verən texniki nasazlıq aradan qaldırılır

Yanvarın 5-də Dehli-Bratislava marşrutu ilə uçan Slovakiyaya məxsus «Boinq-757» təyyarəsi texniki nasazlıq üzündən Bakıya-Heydər Əliyev adına Beynəlxalq hava limanına enib. Təyyarənin içərisində 170 sərnişin olub.


Daxili İşlər Nazirliyinin növbətçi hissəsindən «Azadlıq» radiosuna verilən məlumata görə, saat 16:51-də həyata keçirilən qəza enişində sərnişinlər və ekipaj üzvləri zərər çəkməyib. Hazırda Bakı aeroportunda təyyarədə baş verən texniki nasazlıq aradan qaldırılır. Təyyarənin ön şüşələrində problem olduğu bildirilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG