Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:45

Yanvarın 10-dan Gürcüstana Azərbaycan qazı veriləcək


Dekabrın 25-də Azərbaycandan Gürcüstana qazın verilməsi razılaşdırılıb

Dekabrın 25-də Azərbaycandan Gürcüstana qazın verilməsi razılaşdırılıb

Yanvarın 10-dan Gürcüstan Azərbaycandan gündə üç milyon kub metr qaz almağa başlayacaq. Bunu «Azadlıq» radiosuna Gürcüstanın Neft və Qaz Korporasiyasının prezidenti Aleksandr Xetaquri deyib. Qiymətlərin məxfi olduğunu bildirən cənab Xetaqurinin sözlərinə görə, Azərbaycan tərəfi ilə bütün məsələlərdə razılıq əldə olunub.


«Trend» İnformasiya Agentliyinin məlumatına görə, qazın hansı kəmərlə Gürcüstana ötürülməsi hələ dəqiqləşdirilməyib. Ola bilər Azərbaycan qazı ötən il istifadəyə verilən Gürcüstan qaz kəmərilə, ya da artıq istifadəyə hazır olan Bakı-Tbilisi-Ərzurum kəməriylə ötürülsün.


Gürcüstana qazın nəqlinin gecikməsi «Şahdəniz» yatağında baş verən texniki nasazlıqla izah olunur. «bp-Azərbaycan» şirkətinin mətbuat meneceri Tamam Bayatalı texniki nasazlığın hələ də aradan qaldırılmadığını, platformada bərpa işlərinin davam etdiyini bildirib.


Dekabrın 25-də Gürcüstanın Baş naziri Zurab Noğaidelinin prezident İlham Əliyevlə görüşündə bu ölkəyə qazın verilməsi razılaşdırılıb. Ancaq tərəflər Gürcüstana veriləcək qazın həcmi barədə açıqlama verməyiblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG