Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:12

«SOROS» Fondu tələbə təşəbbüslərinə dəstək proqramı hazırlayıb


«14-24»ün qonaqları - Kəmalə Rzayeva və Pərviz Bağırov

«14-24»ün qonaqları - Kəmalə Rzayeva və Pərviz Bağırov

«14-24»ün bu dəfəki qonaqları Açıq Cəmiyyət İnstitutu -Yardım Fondunun («SOROS») proqram koordinatoru Pərviz Bağırov və dekabrın 16-da başa çatan «Start» üçüncü beynəlxalq tələbə filmləri festivalının baş mükafatına – «Qran Pri»sinə layiq görülmüş Mədəniyyət və İncəsənət Unversitetinin tələbəsi Kəmalə Rzayevadır.

«SOROS» Fondu tələbə təşəbbüslərinə dəstək proqramı hazırlayıb. Layihə barədə məlumat verən fondun proqram koordinatoru Pərviz Bağırov deyir ki, əsas məqsəd dövlət universitetlərində təhsil alan tələbələrin ictimai problemlərə marağının artırılmasından ibarətdir. Cənab Bağırov bildirir ki, proqram çərçivəsində tələbələr üçün kiçik qrantlar elan ediləcək. Layihələr universitetlərin rəhbərliyinin razılığı ilə həyata keçiriləcək.


Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Kəmalə Rzayeva isə deyir ki, mükafata layiq görülməsi onun üçün gözlənilməz olub: «Festivalda 9 ölkəni təmsil edən 45 film nümayiş olundu. Məncə, mənim çəkdiyim filmdə dərin fikir var idi. «Biganəlik dövrünün bir günü» adlanan bu film Norveç yazıçısı Turbornedrousun «Yağış» hekayəsinə əsasən yazdığım qısametrajlı – 13 dəqiqəlik ssenaridir».


Xanım Rzayeva bildirir ki, onu narahat edən əsas məsələ azərbaycanlı gənclərin maraq dairəsinin dar olmasıdır: «Müsabiqəyə təqdim olunan əsərlərin hamısının mövzusu sevgiyə aid idi».


XS
SM
MD
LG