Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:32

Azərbaycanda iqtisadi artımın azalacağı deyilir


Azərbaycan yenə də MDB-də birinci yerdə olacaq

Azərbaycan yenə də MDB-də birinci yerdə olacaq

Ümum Daxili Məhsulun (ÜDM) artım tempinə görə, 2007-ci ildə Azərbaycan yenə də Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələr içərisində birinci yerdə olacaq. Bu il üçün belə bir proqnozu MDB Statistika Komitəsi açıqlayıb. Komitənin məlumatına görə, Azərbaycanda ÜDM-in artımı təxminən 30 faiz olacaq. Ancaq bu, 2006-cı illə müqayisədə 4 faiz azalma deməkdir. Belə ki, ötən il Azərbaycanda ÜDM-in artım tempi 34 faiz olub.

Məlumatda bildirilir ki, üç il ardıcıl olaraq Azərbaycanda ÜDM-in artım tempi 26 faizdən aşağı düşməyib. Müqayisə üçün 2007-c ildə Rusiya iqtisadiyyatında 6, Belarusda 9-10, Ukraynada 6-7, Gürcüstanda 5, Ermənistanda isə 7-9 faiz artım olacağı proqnozlaşdırılır.


Günün bütün mövzuları

XS
SM
MD
LG