Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:16

ANS-in tezliyinə sənəd qəbulunun vaxtı uzadıla bilər


Müsabiqə başa çatana kimi həmin tezliklərdə müvəqqəti olaraq onun keçmiş sahibləri yayımlanır

Müsabiqə başa çatana kimi həmin tezliklərdə müvəqqəti olaraq onun keçmiş sahibləri yayımlanır

ANS TV və ANS ÇM radiosunun tezliklərinə elan olunmuş müsabiqəyə sənəd qəbulunun vaxtı bir həftə uzadıla bilər. Buna səbəb sənəd qəbulunun yanvarın 5-də başa çatmasına baxmayaraq, ilin birinci həftəsi bayram günlərinə təsadüf etdiyindən Milli Televiziya və Radio Şurasının (MTRŞ) işləməməsi göstərilir.


Şura sədri Nuşirəvan Məhərrəmli deyir ki, tezliklə bağlı quruma sənəd vermək istəyən olsa, onlar bu məsələni yanvarın 8-də müzakirə edəcəklər. Hərçənd cənab Məhərrəmli müraciət edənlərin olacağını istisna edir. Onun sözlərinə görə, dekabrın 30-dək ANS TV və ANS ÇM radiosundan başqa müsabiqəyə sənəd verən olmayıb.


Noyabrın 24-də ANS TV və ANS ÇM radiosunun lisenziya müddətini uzatmaqdan imtina edən MTRŞ həmin tezliklərdə başqa televiziya və radioların yayımlanması üçün müsabiqə elan edib. Müsabiqə başa çatana kimi həmin tezliklərdə müvəqqəti olaraq onun keçmiş sahibləri yayımlanır.


Günün bütün mövzuları

XS
SM
MD
LG