Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:44

Səddam Hüseynin iki tərəfdaşı yaxın günlərdə edam olunacaq


Səddam Hüseynin ögey qardaşı Barzan İbrahim məhkəmədə, 13 fevral 2006

Səddam Hüseynin ögey qardaşı Barzan İbrahim məhkəmədə, 13 fevral 2006

İraqın keçmiş liderinin ögey qardaşı - Kəşfiyyat İdarəsinin sabiq rəhbəri Barzan İbrahim və İnqilab Məhkəməsinin eks başçısı Auad Hamed-əl-Bandar 80-cı illərdə şiələrin kütləvi qətliamında təqsirli bilinirlər. Ərəb telekanallarının məlumatına əsasən, onlar yanvarın 4-də asılacaqlar.

Bu məlumatı «Associated Press» və «France Press» agentliklərinə müsahibəsində İraq hökumətində adı çəkilməyən mənbə də təsdiq edib.


Lakin İraqın indiki Baş nazirin köməkçisi Sami əl-Askari bildirib ki, məhkumlar çox ehtimal ki, gələn həftə edam olunacaqlar.


Günün bütün mövzuları

XS
SM
MD
LG