Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:56

Yanvarda əfv ola bilər


Ötən il yanvarın 20-də də, əfv fərmanı imzalanmışdı

Ötən il yanvarın 20-də də, əfv fərmanı imzalanmışdı

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yanvar sessiyası ərəfəsində, yanvarın 18-20-si arasında dövlət başçısı əfv fərmanı imzalaya bilər. Siyasi məhbuslarla bağlı hökumət təmsilçilərindən və hüquq müdafiəçilərindən yaradılmış İşçi Qrupun üzvü Çingiz Qənizadə belə deyir. Onun sözlərinə görə, əfv fərmanının dekabrın 31-də veriləcəyi gözlənsə də, hazırlıq işləri başa çatmadığından sənədin imzalanması ertələnib.


Cənab Qənizadə yanvarın 4-5-də toplaşmalı olan İşçi Qrupun da bayrama görə yanvarın 10-da yığışacağını və hüquq müdafiəçilərinin hazırladığı 54 nəfərlik siyasi məhbus siyahısını bir daha müzakirə edəcəklərini deyir. Hüquq müdafiəçisi artıq yeddi xəstə məhbusla bağlı İşçi Qrupun razılığa gəldiyini də əlavə edir: «Güc strukturlarının rəhbərləri təzyiq etməsələr, rəsmilər başqa siyasi məhbuslarla bağlı da addım atmağa meyllidirlər».


Prezident yanında Əfv Komissiyasının üzvü Elmira Axundova isə növbəti əfv fərmanının nə zaman imzalanacağı haqda yalnız ölkə başçısının məlumatlı olduğunu deyir. Ancaq bununla belə, o, əfv fərmanının yanvar və ya fevralda yox, martda imzalanacağını düşünür.


Prezident İlham Əliyev ötən il də yanvarın 20-də, AŞ PA-nın qış sessiyası ərəfəsində əfv fərmanı imzalamışdı.


Günün bütün mövzuları

XS
SM
MD
LG