Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:26

Əsgərin əsir düşməsi təsdiqləndi


Əsir və girov götürülmüş, itkin düşmüşlərlə əlaqədar dövlət komissiyası Azərbaycan Ordusunun əsgəri Eldəniz Nuriyevin dekabrın 31-də Füzuli istiqamətində erməni silahlı qüvvələrinə əsir düşdüyünü təsdiqləyir. Komissiyanın sədr müavini Eldar Səmədovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, əsgər hazırda işğal olunmuş ərazidə saxlanılır.


Buna qədər isə komissiyadan Eldəniz Nuriyevin hərbi hissədə olmadığı və onun əsir düşməsi ehtimal olunduğu bildirilirdi.


Komissiya dekabrın 24-də əsir düşmüş digər əsgər Samid Məmmədov və Eldəniz Nuriyev haqda artıq Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edib. Eldar Səmədovun sözlərinə, onlar azərbaycanlı əsirlərlə görüşməli olan komitədən məlumat gözləyir.


Əsir və girovların axtarışı ilə məşğul olan beynəlxalq işçi qrup da azərbaycanlı əsirlərlə maraqlanıb. Yanvarın 3-dən isə qrupun həmsədrləri prosesə qoşulmalıdırlar. Bu haqda beynəlxalq işçi qrupun Azərbaycandakı koordinatoru Əvəz Həsənov məlumat verib. Onun sözlərinə görə, qrupun Qarabağdakı nümayəndəsi əsirlərlə görüşə cəhd edib. Qarşı tərəf koordinatora əsirlərlə yalnız yanvarın ilk günlərində görüşə biləcəyini bildirib.


«Bu gündən istirahətdən qayıdan həmsədrlərimiz də iki azərbaycanlı əsirin taleyi ilə maraqlanmalıdırlar. Hələlik onların taleyi haqda dəqiq informasiya əldə edə bilməmişik».


Son bir ayda Azərbaycan ordusunun üç əsgəri əsir düşüb. Onlardan biri Vüsal Qaraçayev dekabrın 23-də geri qaytarılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG