Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:18

Türkmənistanda seçki kampaniyasına start verildi


Türkmənistanda prezidentliyə namizədlər bu həftə seçicilərlə görüşlərə başlayırlar

Türkmənistanda prezidentliyə namizədlər bu həftə seçicilərlə görüşlərə başlayırlar

Türkmənistanda seçki kampaniyası başlayıb. Namizədlər seçicilərlə bu həftə görüşlərə başlayacaqlar. Onlara dövlət radiosu və televiziyasında çıxış edib öz platformalarını açıqlamağa imkan veriləcək.


Prezidentliyə altı nəfər namizəd qeydiyyatdan keçib, onların arasında müxalifətçi yoxdur. Prezidentliyə namizədlərin hər biri sabiq dövlət başçısı Türkmənbaşının siyasətinin davam etdirəcəkləri haqqında yazılı bəyanat veriblər. Sabiq prezident Saparmurad Niyazov 2006-cı ilin dekabrın 21-də vəfat edib.


Türkmənistanda prezident seçkisi gələn ayın 11-də olacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG