Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:08

Əfqanıstanın keçmiş kralı Məhəmməd Zahir Şah xəstədir


Əfqanıstanın keçmiş kralı Məhəmməd Zahir Şah xəstədir. O, hazırda yataq şəraitində həkim nəzarətindədir.

Zahir Şahın nəvəsi Mustafa Zahir «Azadlıq» radiosuna müsahibəsində xəstəliyin yaşla bağlı olduğunu deyib:


«Ümid edirik ki, o yaxşılaşacaq. Amma təbii ki, bu yaşda bir gün yaxşı olursan, ertəsi gün yox. Camaatı əmin etmək istəyirəm ki, narahat olmasınlar».


92 yaşlı Zahir şah 2002-ci ildə İtaliyadan mühacirətdən qayıtsa da, elə bir səlahiyyəti yoxdur. O, rəmzi olaraq Millətin Atası rolunu oynayır.


Günün bütün mövzuları

XS
SM
MD
LG