Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:29

Litvada Polşa əleyhinə casusluqda ittiham olunan Belarus vətəndaşı apellyasiya şikayəti verib


Litvada Polşa əleyhinə casusluqda ittiham olunan Belarus vətəndaşı ekstradisiya edilməsinə dair hökmdən apellyasiya şikayəti verib. Sergey Monixin vəkili deyir ki, apellyasiya məhkəməsi iki həftəyə qərarını bildirməlidir. Monix noyabrın 25-də Vilnusda Polşadan olan müstəntiqlərin xahişi ilə saxlanıb. Polşa onu Belarus xüsusi xidməti üçün casusluqda ittiham edir. Ötən ay Litva məhkəməsi onun Polşaya ekstradisiyasına dair hökm çıxarıb. Monix isə bu ittihamları rədd edir.


XS
SM
MD
LG