Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:49

Azərbaycan Ordusunun əsgərinin axtarışı davam edir


Ötən ilin dekabr ayında isə daha iki Azərbaycan əsgəri erməni tərəfinə əsir düşüb
Ötən ilin dekabr ayında isə daha iki Azərbaycan əsgəri erməni tərəfinə əsir düşüb

Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla İş üzrə Dövlət Komitəsində İşçi Qrupun rəhbər müavini Eldar Səmədovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, əsgər Eldəniz Nuriyev həqiqətən də hərbi hissədə deyil. İlkin məlumatlara görə, onun Ermənistan Silahlı Qüvvələrinə əsir düşdüyü ehtimal olunur. Komitə artıq Qırmızı Xaç Cəmiyyəti ilə əlaqə saxlayaraq Eldəniz Nuriyevin yerinin müəyyənləşməsi ilə bağlı yardım istəyib. Hazırda əsgərin Ermənistan Silahlı Qüvvələrinə əsir düşməsi məsələsi araşdırılır.


Rusiyanın «Reqnum» Agentliyi Eldəniz Nuriyevin dekabrın 31-də axşam Fizuli rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürüldüyü barədə məlumat yaymışdı.


Ötən ilin dekabr ayında isə daha iki Azərbaycan əsgəri erməni tərəfinə əsir düşüb. Onlardan biri Vüqar Qaracayev dekabrın 23-də azad edilsə də, ertəsi gün-dekabrın 24-də əsir düşmüş Samid Məmmədov hələ də əsirlikdədir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG