Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:29

Dövlət Neft Fondunun büdcəsi təsdiq edildi


Prezident İlham Əliyev 2007-ci il üçün Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin təsdiq edilməsi haqqında fərman verib. Azərbaycan Respublikası Dövlət Neft Fondunun bu il büdcəsinin gəlirləri 1 555 739,6 min manat, xərcləri 977 066,9 min manat məbləğində müəyyən olunub.


2007-ci ildə Neft Fondundan qaçqınların və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsinə, Samur Abşeron suvarma sisteminin yenidən qurulmasına vəsait ayrılması nəzərdə tutulub.


Günün bütün mövzuları

XS
SM
MD
LG