Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:20

XƏBƏRLƏR


Azərbaycanın vəhşi təbiəti filmlərdə əksini tapacaq


Beynəlxalq Vəhşi Təbiət Fondunun maliyyələşdirdiyi bu layihə gələn ildən gerçəkləşəcək. «Yeni Dalğa» prodüser mərkəzinin hazırlayacağı filmlərin çəkilişləri Naxçıvanda, Talış dağlarında, Böyük Qafqaz dağları silsiləsində və Xəzər dənizi sahillərində aparılacaq.



«Leyli və Məcnun» rok-operası dünyanı fəth edəcək


Azərbaycan Milli Konservatoriyasının rektoru bəstəkar Siyavuş Kərimi belə deyir. Onun sözlərinə görə, rok-opera Azərbaycan və ingilis dillərində səslənəcək və bütün dünya istər muğamı, istərsə Üzeyir Hacıbəyovun musiqisini dinləmək imkanı qazanacaq. Ciddi hazırlıq və yüksək məsuliyyət tələb edən «Leyli və Məcnun» rok-operasının baş rollarını çox güman ki, dünyanın adlı-sanlı müğənniləri ifa edəcək. Yeni ideya hələlik layihə mərhələsini yaşayır.



Azərbaycanın rəqs cütlüyü beynəlxalq yarışmada qalib gəlib


12 yaşlı Namiq İsmayılov və 10 yaşlı Valeriya Katelnikova Tiflisdə keçirilən parket üzərində rəqslərdə 1-ci yerə çıxıblar. Münsiflər heyətinin üzvləri duetin rəqsindən o qədər razı qalıblar ki, Azərbaycan rəqqaslarına hamılıqla səs veriblər.


XS
SM
MD
LG