Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:42

Prezident: «İnsanların həyat səviyyəsi daha da yaxşılaşacaq»


2007-ci il yanvarın 1-dən ölkədə minimum əməkhaqqı və minimum pensiya artırılaraq 40 manata çatdırılıb.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Qurban bayramı və Yeni il münasibətilə xalqı təbrik edən prezident İlham Əliyev deyib ki, ölkədə minimum əməkhaqqının və pensiyaların artım dinamikası güclüdür. Yaxın vaxtlarda Azərbaycanda yoxsulluğun səviyyəsinin aşağı salınması, işsizliyin aradan qaldırılması nəticəsində insanların həyat səviyyəsi daha da yaxşılaşacaq.


Ölkədə minimum əməkhaqqı və minimum pensiya ənənəvi olraq altı aydan bir artırılır.


2006-cı ildə minimum əməkhaqqı və minimum pensiya iki dəfə qaldırılaraq 35 manata çatdırılmışdı.


Ötən il parlament 2007-ci ilin dövlət büdcəsini müzakirə edərkən bəzi millət vəkilləri 35-40 manatın ehtiyac meyarından xeyli aşağı olduğunu bildirib, məbləğin artırılmasını təklif etmişdilər. Məbləğ artırılmasa da, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov 2007-ci ildə minimum əməkhaqqının və minimum pensiyanın bir neçə dəfə artırılaraq ehtiyac meyarına xeyli yaxınlaşdırılacağını bildirmişdi.


Minimum əməkhaqqının artırılması büdcədən maaş alan 600 minə qədər adama şamil edilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG