Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:18

Rumıniya və Bolqarıstan Avropa Birliyinin yeni üzvləridir


Avropa Birliyinin beləliklə 27 üzvü, 300 milyondan çox əhalisi var

Avropa Birliyinin beləliklə 27 üzvü, 300 milyondan çox əhalisi var

Bu gündən Rumıniya və Bolqarıstan Avropa Birliyinin üzvləri hesab olunurlar. Ötən ilin dekabrın 31-də bu ölkələrin ikisində də bayram bayrama qarışıb: rumınlar və bolqarlar həm təzə ili qarşılayıblar, həm də təşkilata üzv olmalarını bayram ediblər. Prezidenti Trayan Basesku Buxarestdə bayrama yığışanların qarşısında çıxış edərək bildirib ki, Rumıniya artıq Avropaya çatıb. Avropa Birliyinin beləliklə 27 üzvü, 300 milyondan çox əhalisi var.


Yanvarın 10-dən Sloveniya avroya keçib. Sloveniya avro işlətməyə başlayan 13-cü ölkə və ilk keçmiş kommunist ölkəsidir. Bütün ölkədə kassa aparatları, bankomatlar gecə yarısına üç saat qalmış dayandırılıb ki, yeni valyutaya keçmək üçün kifayət qədər vaxt qalsın.


Günün bütün mövzuları

XS
SM
MD
LG