Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:37

Arktikada nəhəng aysberq aşkarlanıb


Arktikada Kanadanın uzaq şimalındakı adalardan birinin buz şelfindən qopan nəhəng aysberq aşkarlanıb.

Mütəxəssislər bunu qlobal istiləşməyə daha bir sübut kimi qiymətləndirirlər.


Ərazisi 60 kvadrat kilometr olan buz ada hələ keçən ilin avqustunda qopsa da, peyk şəkillərində yalnız bu yaxınlarda qeydə alınıb.


Hazırda aysberq üzən buzlar arasında ilişib qalıb, amma alimlər qorxurlar ki, yayda o, gəmi yollarının keçdiyi və neft çıxarıldığı qərbə doğru hərəkət edə bilər.


Günün bütün mövzuları

XS
SM
MD
LG