Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:00

Ermənistanda dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən müxalifətçi həbs olunub


Ermənistanın hakim dairələri dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən Vahan Aroyanın həbs olunduğunu xəbər verir.

Ermənistanın Milli Təhlükəsizlik Nazirliyinin məlumatına əsasən, o, Lusatar kəndindəki evində həbs olunub və axtarış zamanı onun evindən raket və əl qumbarası da daxil olmaqla xeyli silah aşkarlanıb.


Hakimiyyət onun müxalifətdə olan Ermənistan Könüllüləri Assosiasiyası ilə əlaqəsi olduğunu deyir.


Lakin təşkilatın rəhbərliyi bu ittihamı rədd edir və Aroyanın həbsini hökumətin dissidentlərə qarşı apardığı kampaniyanın tərkib hissəsi hesab edir.


XS
SM
MD
LG