Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:22

«Diffamasiya haqqında» qanun layihəsi müzakirə edilib


«Bir vaxtlar ölüm hökmü götürüləcəyi halda, Azərbaycanda ağır cinayətlərin baş alıb gedəcəyini düşünürdülər. Amma ölüm hökmü ləğv ediləndən sonra əksinə, cinayətlərin sayı azaldı». Dekabrın 29-da ATƏT-in Bakı Ofisi ilə «Yeni Nəsil» Jurnalistlər Birliyinin təşkilatçılığı ilə «Diffamasiya haqqında» qanun layihəsinin son variantı müzakirə edilərkən «Gün səhər» qəzetinin İdarə Heyətinin sədri Arif Əliyev belə dedi. Onun sözlərinə görə, bu qanun qəbul olunandan sonra mətbuatda insanların bir-birilə böhtan və təhqir dili ilə danışacaqlarını güman etmək yanlışdır.


Müzakirələrin sonunda sözügedən qanun layihəsinin gələn ay ATƏT-in rəsmi ekspertizası ilə birgə parlament və Prezident Aparatına təqdim olunması qərara alındı.


XS
SM
MD
LG