Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:10

Azərbaycanlı turistlər Yeni İli ekzotik ölkələrdə keçirtmək istəyir


Azərbaycanlı turistlər ekzotik ölkələrdə yeni ili qarşılamağa üstünlük verilər

Azərbaycanlı turistlər ekzotik ölkələrdə yeni ili qarşılamağa üstünlük verilər

Bu il ilk dəfədir ki, Azərbaycanda – üç bayram bir gündə, üstəlik də 9 gün ərzində qeyd ediləcək. Qurban, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü. Nazirlər Kabinetinin qərarı ilə 2006-cı ilin 30-31 dekabrı Qurban Bayramına, 31 dekabrı həmçinin Dünya Azərbaycanlılarının Həmrəylik Gününə düşdüyü üçün 2007-ci il 3, 4 və 5 yanvar günləri də iş günü hesab edilmir. Bununla da, dekabrın 30-dan başlanan istirahət günləri 9 gün davam edəcək. İş günü yanvarın 8-də başlayacaq.


Lakin, buna baxmayaraq, heç də hamı bu bayram günlərini öz ailəsinin yanında qeyd edə bilməyəcək. Bəzi idarələrin işçiləri, bu günlərdə də, öz vəzifə borclarını yerinə yetirəcəklər.


«Yeni İl maraqlı bayramdır, hamı üçün yaxşı bayramdır, amma baxır kimə necə. Bizim kimi adi insanlara bayram yarım gün-bir gün də bəs edər…»


Milli Məclisin Sosial Siyasət Daimi Komissiyasının sədri - Hadi Rəcəblinin sözlərinə görə, bu qərar tibb işçilərinə, yanğınsöndürənlərə, nəqliyyat, rabitə işçilərinə şamil edilməyəcək.


Amma, bayramı iş başında keçirənlərə dövlət də, öz bayram töhfəsini əsirgəmək fikrində deyil. Hadi Rəcəbli: «Həyat təmin edən qurumların hamısı işləyəcəklər və işlədikləri günlər üçün də iki qat əmək haqqı alacaqlar. Bu da «Əmək məcəlləsi» ilə təsbit olunubdur».


Bu qanunun yalnız dövlət müəssisələrinə deyil, özəl müəssisələrin işçilərinə də aid olduğunu deyən Hadi Rəcəbli, qanunu pozanların «İnzibati xətalar məcəlləsi» ilə cərimə ödəməli olacaqlarını deyir.


Rəsmi məzuniyyət nəzərə alınmasa, 9 gün istirahət nadir ələ düşən fürsətdir. Bu fürsəti dəyərləndirmək üçün indidən istirahətini xarici ölkələrə planlaşdıranlar da az deyil. «İmprotex Travel» turizm şirkətinin nümayəndəsinin sözlərinə görə, artıq bayramlarla əlaqədar təklif olunan tur-paketlərin əksəriyyəti satılıb.


Şirkətin-turistlərin xarici ölkələrə göndərilməsi ilə məşğul olan şöbəsinin müdiri Rüfət Yusufov deyir ki, Azərbaycandan turist kimi gedənlərin əksəriyyəti Yeni İli ekzotik ölkələrdə keçirtmək niyyətindədirlər: «Azərbaycanlı turistlər Yeni İli isti ölkələrdə keçirtməyə çalışırlar. İlk növbədə Dubaya, Tailanda, Misirə gedirlər. Bu il məsələn Yeni İl üçün Misirə - Şarmalşeyx kurortuna xüsusi turlar var.


Mədəniyyət və Turizm Nazirliyindən isə bildirirlər ki, nəinki xaricdə, eyni zamanda, ölkənin müxtəlif turizm regionlarında da yeni ili keçirtməyə hazırlaşanlar var. Bakıdakı xarici ölkə vətəndaşlarının əksəriyyətinin əsasən Quba, Nabran, Lənkəran, Şamaxıya maraq göstərdiklərini deyən, Nazirliyin daxili turizm sektorunun müdiri Mahir Qəhrəmanov, artıq ölkədə daxili turizmə marağın da artdığını deyir: «Azərbaycanda yaşayan xarici vətəndaşlar bizim bütün turizm obyektlərində yeni il bayramlarını keçirtmək üçün sifarişlərini veriblər».


Xaricə ən ucuz biletin 420-700 ABŞ dolları olduğu, ölkə daxilində isə Yeni İli qeyd etmək üçün bir günlük istirahətin 100 dollardan az olmadığı bir vaxtda, çörək pulu qazanmaq üçün bayram günlərində belə işləməyi üstün tutanlar da az deyil.


Muzdla inşaatda çalışan Vahid-Yeni İlin hamının ümumi bayramı olduğunu, lakin, onu qeyd etməyin heç də hamıya qismət olmadığını deyir: «Yeni İl maraqlı bayramdır, hamı üçün yaxşı bayramdır, amma baxır kimə necə. Bizim kimi adi insanlara bayram yarım gün-bir gün də bəs edər…»


Günün bütün mövzuları

XS
SM
MD
LG