Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:56

Bakıda iki gün davam edəcək yarmarka təşkil olunub


Yarmarkaya ümumilikdə 16 ton toyuq əti, 500 min ədəd yumurta çıxarılıb

Yarmarkaya ümumilikdə 16 ton toyuq əti, 500 min ədəd yumurta çıxarılıb

İqtisadi İnkişaf naziri Heydər Babayev deyir ki, yarmarkalardakı qiymətlər onu razı salmır. Nazir dekabrın 29-da Təzə Bazarda keçirilən quş əti və yumurta yarmarkasında jurnalistlərlə söhbətində belə deyib. Onun sözlərinə görə, yumurta və quş əti yarmarkası mütəmadi olaraq hər həftənin cümə günləri keçiriləcək. Amma, dekabrın 30-u Qurban Bayramı olduğundan bu dəfə yarmarka iki gün davam edəcək. Cənab Babayevin sözlərinə görə, paytaxtda təşkil edilən yarmarkaların hamısında qiymətlər eynidir, bir ədəd yumurta köhnə manatla 550, bir kiloqram quş əti isə 12-13 min manata satılır.


Nazir deyir ki, özəl şirkətlərə qiymətlərin aşağı salınmasıyla bağlı hər hansı göstəriş verə bilmədiklərindən yarmarkaları genişləndirmək, quşçuluq təsərrüfatlarına istehsal etdikləri məhsulların satışı üçün yaxşı imkanlar yaratmağa çalışacaqlar. Bundan başqa belə yarmarkaların respublikanın digər iri şəhərlərində də keçirilməsilə bağlı müəyyən işlər görülməkdədir.


Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyevin dediyinə görə, paytaxtdakı üç bazarda keçirilən yarmarkaya ümumilikdə 16 ton toyuq əti, 500 min ədəd yumurta çıxarılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG