Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:51

Makedoniyalı İsgəndər kimindir?


Makedoniyalılar bildirirlər ki, onların İsgəndəri monopoliyaya almaq niyyətləri yoxdur

Makedoniyalılar bildirirlər ki, onların İsgəndəri monopoliyaya almaq niyyətləri yoxdur

Makedoniyalı İsgəndərin hansı millətə-yunanlara və ya makedoniyalılara məxsus olması barədə mübahisə yenidən qızışıb. Makedoniya Skopya aeroportuna məşhur sərkərdənin adını vermək qərarına gəlib. Bu da Yunanıstan və Makedoniya arasında mübahisələrə gətirib çıxarıb. Yunanıstanın Xarici işlər naziri Dora Bakoyanis bəyan edib ki, bu, tarixi saxtalaşdırmaqdır. Nazir İsgəndərin yunan olduğunu bildirib. Makedoniyanın Xarici İşlər naziri Antonio Milisoski isə deyib ki, onların İsgəndəri monopoliyaya almaq niyyətləri yoxdur.


Antik dövr sərkərdəsi olan Makedoniyalı İsgəndər eramızdan əvvəl birinci minillikdə Avropadan Hindistana qədər böyük bir ərazidə hərbi yürüşlər həyata keçirmiş, Ellada adlanan imperiya yaratmışdı. Onun hansı xalqın təmsilçisi olması barədə yunanlarla makedoniyalılar arasında çoxdandır ki, mübahisə gedir.


Günün bütün mövzuları

XS
SM
MD
LG