Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:03

Prezidentdən Mirzə Sakitin azadlığa buraxılması xahiş olunur


Mirzə Sakit üç il müddətinə azadlıqdan məhrum edilib
Mirzə Sakit üç il müddətinə azadlıqdan məhrum edilib

Mirzə Sakitin Hüquqlarını Müdafiə Komitəsi prezident İlham Əliyevə müraciət edib. Müraciətdə ölkə başçısından Qurban, Həmrəylik və Yeni il bayramları ərəfəsində Mirzə Sakitin azadlığa çıxmasına kömək göstərməsi xahiş olunur. Müdafiə Komitəsi hesab edir ki, satirik-jurnalist uydurma ittihamla həbs edilib. Onun işi ilə bağlı nə istintaq, nə də məhkəmə ədalətli aparılmayıb. Müraciətdə daha sonra vurğulanır ki, Mirzə Sakitin sifarişlə həbsxanada saxlanması Azərbaycanın beynəlxalq imicinə zərbə vurur.


Müdafiə Komitəsi daha sonra prezidentin nəzərinə çatdırır ki, Mirzə Sakitin ürəyində tez-tez ağrılar baş verir. Üstəlik, onun himayəsində işləməyən həyat yoldaşı və beş azyaşlı qızı var. Müraciətdə deyilir ki, prezident hər bir vətəndaşın təhlükəsizliyinin qarantı olduğundan kiminsə haqsız cəza çəkməsinə yol verməməlidir.


«Azadlıq» qəzetinin əməkdaşı Mirzə Sakit bu il iyunun 23-də həbs edilib. Narkotik maddələrin istifadəsində və satışında ittiham edilən satirik-jurnalist oktyabrın 4-də məhkəmənin hökmü ilə üç il müddətinə azadlıqdan məhrum edilib. Müdafiə Komitəsi hesab edir ki, Mirzə Sakitin həbsinə səbəb onun «Azadlıq» qəzetində dərc etdirdiyi satirik şerlərdir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG