Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:19

Nicat Hüseynovun səhhəti yenidən pisləşib


«Azadlıq» qəzetinin əməkdaşı Nicat Hüseynovun səhhəti dekabrın 27-si axşam pisləşib. Başında kəskin ağrılar güclənib. Təzyiqinin yüksəlməsi ilə yanaşı ürəkbulanması da baş verib. Nicat Hüseynovun sözlərinə görə, yalnız həkimlərin müdaxiləsindən sonra kəskin ağrıların qarşısını almaq mümkün olub. Ancaq, jurnalist deyir ki, o Təcili Tibbi Yardım Xəstəxanasında saxlandığından onun səhhəti ilə bağlı dəqiq diaqnoz hələ müəyyən edilməyib. Jurnalist dekabrın 28-də hərtərəfli həkim müayinəsindən keçirilmək üçün başqa daha münasib xəstəxanalarından birinə aparılmalı olduğunu dedi. Ancaq, hava kəskin pisləşdiyindən bu baş tutmayıb. Nicat Hüseynov deyir ki, Təcili Tibbi Yardım Xəstəxanada o, tam müayinə edilməsə də həkimlər əllərindən gələn köməyi əsirgəmirlər.
Nicat Hüseynov dekabrın 25-də gündüz 12 radələrində işə gələrkən tanımadığı 4 şəxs döyülüb. Ağır bədən xəsarəti alan jurnalist o vaxtdan Təcili Tibbi Yardım Xəstəxanasında saxlanır.


Günün bütün mövzuları

XS
SM
MD
LG